Xəbər lenti
Medvedev: "Rusiya əməliyyatı dayandırsa, məhv olacaq"
“ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə bitəcək”Manevr.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev deyib. O həmçinin, "əməliyyat” başa çatarsa, Rusiyanın məhv olacağını bildirib. Sabiq baş nazir ABŞ-ın Rusiyanı məğlub etməyə çalışdığını bəyan edib.
“ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, bəllidir ki, biz dünya münaqişəsinin astanasındayıq. Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var. Rusiya qalib gəlmədən əməliyyatı dayandırsa, Rusiya olmayacaq, parça-parça olacaq. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə başa çatacaq",- deyə D.Medvedev vurğulayıb.
Medvedevin bəyanatı ABŞ prezidenti Co Baydenin Polşanın paytaxtı Varşavada verdiyi bəyanata bənzəyir. Bayden Varşavada verdiyi bəyanatda "Rusiya işğalını dayandırsa, müharibə başa çatacaq. Əgər ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq" demişfi.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































