Xəbər lenti
İran Avropa Birliyinə qarşı cavab sanksiyaları tətbiq edəcək - Kənanim
İran İslam Respublikası yaxın vaxtlarda Avropa İttifaqına qarşı cavab sanksiyaları tətbiq edəcək.
Manevr.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənanim məlumat verib.
Fevralın 20-də Aİ daha 32 fiziki şəxs və 2 qurumu qara siyahıya salmaqla “etirazların yatırılmasına” görə İrana qarşı sanksiyaları genişləndirib. “Qara siyahı”ya salınan şəxslər arasında İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili və təhsil naziri Yusif Nuri də daxil olmaqla, məmurlar, təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları var. Sanksiyaya məruz qalan hüquqi şəxslər polis və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı strukturlardır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin fevralın 15-də elan etdiyi kimi, Avropa İttifaqı da anti-Rusiya sanksiyalarının onuncu paketi çərçivəsində fevralın 24-də İrana qarşı ayrıca sanksiyalar bloku tətbiq etmək niyyətindədir. Buraya Aİ-nin fikrincə, İranın Rusiyaya hərbi təchizatı ilə bağlı olan hüquqi və fiziki şəxslər daxil olacaq.
Tehran dəfələrlə Qərbə müdaxiləçi davranışının nəticələri barədə xəbərdarlıq edib və belə tədbirlərin cavabsız qalmayacağını qeyd edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar