Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İrandan şok addım: "Salman Rüşdiyə hücum edən şəxsə torpaq hədiyyə edildi"

Tarix: 21-02-2023 15:32     Baxış: 3243 A- / A+

İranda fəaliyyət göstərən dərnəklərdən biri məşhur yazıçı Salman Rüşdiyə bıçaqla hücum edən Hadi Matara 1 hektar ərazi hədiyyə edəcəyini açıqlayıb.
Manevr.az xəbər verir ki, “Şeytan ayələri” kitabına görə illərdir ölüm təhdidləri alan məşhur hind əsilli ingilis yazıçı Selman Rüşdiyə hücum edən şəxs İranda mükafat alıb.
Avqust ayında Nyu-Yorkda qatıldığı tədbirdə bıçaqla hücuma məruz qalan 75 yaşlı Rüşdi bir gözünü itirib və əllərinin birini işlədə bilmir.
Livan əsilli 24 yaşlı hücumçu Hadi Matar verdiyi açıqlamada Rüşdinin “islama hücum etdiyini” bəyan edib. İttihamları rədd edən Matar İran inqilabının lideri Ayətullah Xomeyninin Rüşdiyə qarşı verdiyi ölüm fitvasının ona təsir etdiyini də bildirib.
İmam Xomeyninin Fətvalarını Tətbiq Dərnəyi Rüşdiyə qarşı hücumu yüksək qiymətləndirərək, cinayətkar Matara 1 hektar torpaq verəcəyini açıqlayıb.
Dərnəyin prezidenti Məhəmməd İsmayıl Zarey deyib: “Biz Rüşdinin gözünü kor edərək, əllərini işlətməməyə məcbur qoymaqla müsəlmanları sevindirən gənc amerikalının cəsur hərəkətinə görə təşəkkür edirik”.
Rüşdinin indi “ölü” olduğunu iddia edən Zarey, 1 hektar kənd təsərrüfatı sahəsini Matara hədiyyə etməkdən məmnun olacaqlarını qeyd edib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar