Xəbər lenti
10 000-dək məmur işindən qovuldu

Tanzaniya prezidenti Con Maqufuli diplomlarının saxta olduğu müəyyənləşdirilən 10 000-dək məmuru vəzifəsindən uzaqlaşdırıb.
Manevr.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, prezident Con Maqufuli 2015-ci ildə başlanmış araşdırmanın yekun hesabatı ilə tanış olduqdan sonra 9 932 məmurun dərhal istefaya getməsini tələb edib.
Prezident istefaya göndərilən məmurların qısa zamanda ixtisaslaşdırılmış mütəxəssislərlə əvəzlənəcəyini qeyd edərək, KİV-lərdən dövlət qulluğundan uzaqlaşdırılan şəxslərin siyahısını yaymağı xahiş edib.
Con Maqufuli 2015-ci ilin noyabrında prezident seçildikdən dərhal sonra korrupsiya və dələduzluqla mübarizəyə yönələn “şok terapiyası” siyasətinin icrasına başlayıb.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























