Xəbər lenti
Latviya sərxoş sürücülərdən müsadirə olunan avtomobilləri Ukraynaya verəcək

Yeni düzəlişlərdə dövlətə məxsus avtonəqliyyat vasitələrinin Ukraynaya təmənnasız verilməsi ilə bağlı müddəalar yer alıb.
“Delfi” portalının xəbərinə əsasən, Latviya hökuməti sərxoş sürücülərdən müsadirə edilən avtomobilləri Ukraynaya verməyə hazırlaşır.
Xatırladaq ki, hələ ötən ilin noyabrında Latviyada yolda sərxoş halda yaxalanan sürücülərin avtomobillərini müsadirə etməyə icazə verən qanun qüvvəyə minib. Sürücülər test zamanı qanlarında 1,5 ppm-dən çox spirt və ya narkotik izləri aşkar edildikdə, həmçinin bədəndə bu cür maddələrin olub-olmadığı məqsədilə keçirilən yoxlamadan imtina etdikdə həmin prosedur tətbiq olunur. Dekabrın sonunda Latviya mətbuatı ilk müsadirə halları barədə məlumat yayıb.
Müsadirə olunan avtomobillər Latviya üzrə Dövlət Təchizat Agentliyinin dayanacaqlarında saxlanılır, sonra isə Dövlət Gəlirləri Xidməti tərəfindən hərraca çıxarılır. Parlamentin müdafiə, daxili işlər və korrupsiyanın qarşısının alınması komissiyasının rəhbəri Raymonds Berqmanisin sözlərinə görə, dövlət sərxoş sürücülərdən müsadirə olunan nəqliyyat vasitələrini nəinki sata, hətta onun ehtiyat hissələri sökə də bilər. Qanuna edilən dəyişikliklər belə avtomobillərdən istifadənin başqa imkanlarını da nəzərdə tutur. "Mövcud şəraitdə onlar Ukrayna xalqının olduqca işinə yarayardı", - deyə Berqmanis bildirib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar