Xəbər lenti
Slovakiya parlamenti Rusiyanı terrorçu rejim kimi tanıyıb
Slovakiya parlamenti Rusiyanın Ukraynadakı hücumlarına qarşı yeni təklif qəbul edib və Moskva administrasiyasını "terrorçu rejim" kimi xarakterizə edib.Yanvarda parlamentə təqdim edilən anti-Rusiya təklifi dünən axşam saatlarında keçirilən iclasda 120 deputatdan 78-nin dəstəyi ilə qəbul edilib.
Sözügedən qətnamədə Ukrayna xalqının öz müqəddəratını təyin etmə hüququna hörmət edilməli olduğu, Ukraynanın infrastrukturu və mülki şəxslərə qarşı hücumların artması səbəbindən Rusiyanın terrorçu rejim kimi qələmə verildiyi bildirilib.
"Asambleya Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üçün xüsusi tribunalın yaradılması, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törədənlərin təhqiqatı, təqibi və cəzalandırılması üçün hərtərəfli, beynəlxalq səylərə dəstəyini ifadə edir", - deyə qətnamədə bildirilir.
Qətnamədə o da qeyd olunub ki, Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində keçirilən referendumların nəticələri tanınmayacaq. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































