Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Aleyna Ölməzlə danışdı:"Ən qısa zamanda..."

Tarix: 17-02-2023 19:43     Baxış: 3222 A- / A+

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ dağıntılarından 248 saat sonra xilas edilən Aleyna Ölməzlə telefonla danışıb.
Manevr.az xəbər verir ki, Cumhurbaşkanlığı Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, prezident Ərdoğan Kahramanmaraşda zəlzələdən 248 saat sonra dağıntılar altından çıxarılan 17 yaşlı Aleyna Ölməzlə telefonla danışıb və xoş arzularını çatdırıb. Səhiyyə Nazirliyinə məxsus təcili yardım maşını ilə Ankaraya aparılaraq Ankara Universiteti Tibb Fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasına yerləşdirilən Aleynanın səhhətinin yaxşı olmasından xoşbəxt olduğunu dilə gətirən prezident Ərdoğan İstambuldan Ankaraya geri dönəndə Aleynanı ziyarət edəcəyini bildirib. Prezident Ərdoğanın "Ağrın varmı qızım?" sualına Aleyna: “Çox yüngüldür, atlatdım” cavabını verib.
"Əlhəmdülillah. Bilirsiniz, xəstələrin duaları qəbul olunur. Adınız da gözəldir. Prezidentlikdəki kabinetimdə sizin adınız yazılmış “Aleyna” lövhəsi var. İnşallah ən qısa zamanda birlikdə olacağıq. Allah yar və yardımçımız olsun, qızım”,- prezident deyib.
“İnşallah. Hər şey üçün çox sağ olun”,- deyə Aleyna təşəkkürünü bildirib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar