Xəbər lenti
"Biz İsrailə hərbi ehtiyaclarımızın siyahısını vermişik" - Kuleba
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, İsrail hökumətinə Ukraynanın hərbi ehtiyaclarının siyahısı verilib.
Manevr.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İsrailin xarici işlər naziri Eli Koen ilə birgə mətbuat konfransında bildirib ki, o, həmkarı ilə İsrailin Ukraynaya humanitar yardımdan əlavə dəstəkləyə biləcəyi digər məsələləri də müzakirə edib.
“Hərbi ehtiyaclarımızın siyahısı aydındır. Siyahı (İsrail) həm əvvəlki hökumətə, həm də indiki hökumətə verilib. İlk növbədə, Ukrayna hava məkanının qorunması sual altındadır və bu mövzuda müvafiq qərarın verilməsini gözləyirlər",- Kuleba qeyd edib.
Görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi “sülh formulu”nu müzakirə etdiklərinə diqqət çəkən Kuleba, sözügedən formulun həyata keçirilməsində iştirak etmək üçün bir neçə ölkə ilə görüşdüklərini bildirib. İsrailin xarici işlər naziri Koen də gələn həftə Birləşmiş Millətlər Təşkilatında (BMT) Ukraynanın "sülh formulunu" dəstəkləyəcəklərini bildirib. İran terroruna son qoyulması çağırışlarında Ukraynanın yanında olduqlarını ifadə edən Koen, İranın terrora maliyyə dəstəyi verən bir nömrəli ölkə olduğu fikrini müdafiə edib. İranın bütün Avropa üçün təhlükə yaratdığını dəyərləndirən Koen: “İranın terror fəaliyyətinin dayandırılması lazım olduğuna dair açıq mesaj verməliyik” deyib. Koen əlavə edib ki, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün bütün səviyyələrdə və bütün beynəlxalq platformalarda çalışacaqlar.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar