Xəbər lenti
"Qiyamət buzlağı" əriyir: Bütün dünya təhlükədədir

Qərbi Antarktidada "Qiyamət buzlağı" kimi də bilinən nəhəng “Tveyts” buzlağını araşdıran elm adamları onun çatlarına sızan isti suyun ərimə tempini sürətləndirdiyini açıqlayıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, ABŞ və Britaniya alimlərindən ibarət 13 komanda 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində buzlaqda təxminən altı həftəlik araşdırma aparıb.
Bu çərçivədə bölgədə "Icefin" kimi tanınan sualtı robot vasitəsi ilə sensorlarla araşdırma aparılıb.

Araşdırmada isti suyun yarıqlara və terras kimi tanınan digər açıqlıqlara doğru hərəkət etməsi nəticəsində təxminən ABŞ-ın Florida əyaləti böyüklüyündə olan buzlaqda ən az 30 metr yanal ərimə meydana gəldiyi müəyyən edilib.
Tədqiqatçılar qeyd edirlər ki, buzlaqdakı yarıqlar və terraslar vasitəsilə ərimə “Tveyts” buzlaqının şelfinin dağılmasına səbəb ola bilər.
Məlumdur ki, Tveyts buzlaqının müntəzəm əriməsi nəticəsində dəniz səviyyəsinin illik artımı təxminən 4 faiz artır.
Alimlər hesab edirlər ki, buzlaq Qərbi Antarktidada təbii bənd rolunu oynayır və çökərsə, qlobal dəniz suyunun səviyyəsi təxminən 3,5 metr yüksələ bilər.
Tədqiqatçılar Tveyts buzlaqının domino effekti yaradacağını, Antarktidadakı digər buzlaqları hərəkətə gətirəcəyini və böyük fəlakətə səbəb olacağını bildirirlər.
Digər tərəfdən, “New York Times”-ın NASA JPL məlumatlarından istifadə edərək 2017-ci ildə apardığı təhlilə görə, buzlaq 1980-ci ildən bəri ən azı 600 milyard ton buz itirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar