"Vladimir Putin "Biz qalib gəlməliyik, biz də qalib gələcəyik" ifadəsi ilə diqqətləri üzərinə çəkdi. Nəzər yetirsək görərik ki, müharibənin davam etdiyi 1 il ərzində son vaxtlar Kreml rəhbərinin belə inamlı bəyanatına şahid olmamışıq. Putinin qəfil bu açıqlaması özünə inamdan irəli gələ bilər. Amma Kreml bir şeyi anlamalıdır ki, Putin Rusiyasının terror dövləti olduğu qlobal dünyanı qavrayışın virtual paradiqmasındadır. Ona görə də onun bu istək və arzuları müsbət həllini tapmayacaq".Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.
O bildirib ki, Rusiya dezinformasiyalarla Ukraynanı yenməyə çalışır:
"Bir çox xarici media strukturlarında qeyd edilir ki, Qərb və ABŞ-ın Ukraynaya vəd etdiyi hərbi texnikanın Kiyevə çatdırılması prosesi ləngiyir. Amma əslində belə deyil. Silah və texnikanın tədarükü heç də gecikmir, bu, bir informasiya oyunudur. Hər şey lazımi miqdarda və vaxtında çatdırılır.Zelenskinin Qərb (Böyük Britaniya) və Amerika turnesinin Kiyevə Rusiya-Ukrayna müharibəsinə təsiri yüksəkdir. Zelenskinin bu turnesi, bu gün ABŞ və Çindən asılı olan Ukrayna-Rusiya müharibəsinin tez başa çatması ilə bağlı Qərbə diplomatik təsir göstərmək niyyəti güdür.
Son zamanlar tez-tez Rusiya Qərbdən yeni hərbi yardımlar, xüsusilə də əsas döyüş tankları Ukraynaya çatana qədər Donetsk və Luqansk vilayətlərinin ərazilərini tamamilə işğal etmək niyyətində olduğu barədə informasiyalarla da qarşılaşırıq. Hətta bunun üçün rusların Donbas hücumuna 300 min əsgər və 2 min tank gətirmək üçün hazırlıqlarını başa çatdırdıqları xəbərləri də dolaşır.
Lakin yenə də Moskvanın bu planı müharibənin sonrakı taleyini həll edə bilməyəcək. Çünki artıq imperiya kimi dağılmağa başlayan tək Rusiya hazırlıq görmür, Ukrayna da lazımi hazırlıqlar aparır və Moskva üçün "sürpriz" hazırlanır.
Bu gün bütün sivil dünya xalqları Ukrayna torpaqlarının işğaldan azad edilməsi məqsədilə Rusiya üzərində müharibəni tam qələbə ilə başa vurmağa kömək edir".