Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ermənistanı məhv etməklə hədələdi - Arşakyan

Tarix: 15-02-2023 13:25     Baxış: 182 A- / A+


KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorovun dünənki mətbuat konfransı hansı təəssüratı yaratdı? Əvvəlcə Sidorov bildirdi ki, KTMT-yə üzv dövlətlər, lazım gələrsə, Qafqazda müttəfiqi müdafiə etməyə hazır olacaqlar: “Biz Qafqaz regionunda müttəfiqimizlə çiyin-çiyinə verməyə hazırıq”.
“Nəhayət! KTMT Qafqazda Ermənistanın simasında müttəfiqinin olduğunu xatırladı” deyəcəkdim ki, general sadəcə dəstəyin sözlə məhdudlaşdırmaq niyyətində olduğuna işarə etdi: “Hərbi-siyasi vəziyyət fərqlidir, hər zaman hərbi qüvvələrlə əməliyyat keçirmək mümkün olmur. Bəzən “zərər verməmək” prinsipi tətbiq edilməlidir”.
Lakin generaldan fərqli olaraq Moskva siyasətçiləri birbaşa Ermənistanı hədələməkdə davam edirlər.
Manevr.az xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
“Bu həftə azərbaycanlı həmkarı Qafarova ilə görüşdə İrəvana qarşı təhdid tonunda danışan Rusiya Dövlət Dumasının spikeri Volodin açıq şəkildə bəyanat verdi: “Rusiya regiondankənar qüvvələrin Cənubi Qafqaza gəlməsinə imkan verməyəcək. Avropa qurumları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq ölkəni itirə bilərlər. Avropa Parlamenti və AŞPA-nı işə cəlb etmək istəyən dövlətlər Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında 10 dəfə düşünməli və bunun necə bitəcəyini anlamalıdırlar”.
Yəni, Moskva bir əli ilə (Sidorov - red.) Ermənistanı sanki sakitləşdirir, digər əli ilə isə (Volodin - red.) İrəvanı dövlətçiliyi itirməklə hədələyir. Amma Kremlin bu addımlarının hər ikisi Ermənistanı öz təsir orbitində saxlamaq məqsədi daşıyır. Necə ki, KTMT-də qalsanız, sözlə də olsa, kömək edəcəyik. Əgər siz Avropa və ümumilikdə Qərblə əməkdaşlığı gücləndirsəniz, Ukrayna və Yuqoslaviyanın təcrübəsini təkrarlayacaqsınız. Yəni “qıvrılmayın”, Qərblə dost olmağa çalışmayın. Kreml bizə kömək etmir, hətta hədələyir. Biz də Rusiyaya cavab verib, nəzərlərimizi Moskvanın geosiyasi rəqiblərinə çevirmişik”, - o bildirib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar