Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zəlzələdə dağılan həbsxanadan heç kim qaçmadı - Şəkil

Tarix: 14-02-2023 08:33     Baxış: 4198 A- / A+
Ağır cinayət törətmiş şəxslər insanları yalın əllə xilas etdilər. 

27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan bölgəsində 7,8 bal gücündə zəlzələ baş verdi. Türkiyənin 20-ci əsrdəki ən dəhşətli zəlzələsi gecə saat 01.57-də baş verdi və 50 saniyə davam etdi. Təkanlar Azərbaycan, Ermənistan və Gürcüstanda da hiss edildi. 

Ərazidə 117 000 tikili dağıldı, 33 min nəfər öldü, 100 mindən çox insan xəsarət aldı. Əsl humanitar fəlakət idi. Ankara hadisədən 2 gün sonra xəbər tutdu. Lakin bu günlərdə dünya hüquq sistemində bənzəri olmayan hadisıə baş verdi.

Həbsxana uçsa da, heç bir məhkum qaçmadı. Faciənin miqyasını görən Ərzincan prokuroru məhkumların hamısını xilasetmə işləri üçün sərbəst buraxır. Maraqlıdır ki, səhər işə gedən məhkumlıar axşam qayıdıb gəlirlər. Təbii ki o zaman xilasetmə işləri ancaq gündüz aparıla bilirdi. Beləcə, məhkumlar bir neçə gündə onlarla insanı xilas etdilər. Dünən adam öldürdüyünə görə həbs edilənlər bu gün insanları uçqun altından xilas edirdilər.

Təbii ki, gənc respublika da dustaqların bu davranışına laqeyd qalmadı. 1940-1942-ci illərdə verilən aministiya ilə dörd yüzədək dustağın hamısı cəzalarını tam çəkmədən azadlığa qovuşdu. 

Əslində onların hamısının bir dəfəyə azad edilməsi təklif olunsa da, hüquqşünaslar razı olmadılar. Onların fikrincə bu qədər məhkumun bir dəfəyə azad edilməsi kriminal vəziyyəti pisləşdirə bilər.  Bu səbəbdən məhkumlar 2 il ərzində tədricən azad edilirlər. 

Onları Ankaradan təlmat gözləmədən azad etmiş prokuror İzzət Akçal isə 60-cı illərdə dövlət naziri postuna yüksəlir. 

Bu da türk insanının həmrəylik nümunəsi. lent.az

Manevr.az 
 
Zəlzələdə dağılan həbsxanadan heç kim qaçmadı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar