Xəbər lenti
Lukaşenkonun keçmiş “sağ əli”nə hökm oxundu
Minskin Mərkəzi Dairəsinin məhkəməsi belaruslu iş adamı Yuri Çij barəsində hökm elan edib.
Manevr.az xəbər verir ki, bu barədə “Narodnaya Volya” qəzeti məlumat yayıb. Qeyd olunur ki, sahibkar dələduzluq və çirkli pulların yuyulmasında ittiham edilərək 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Çij koloniyada cəza çəkməkdən azad edilib. Onun barəsində amnistiya aktı tətbiq edilib və məhkəməyə qədər həbsdə olduğu müddət hesablanıb. Onun əmlakı da həbsdən azad edilib. Bundan başqa, ona axtarışlar zamanı ondan müsadirə edilən pulları da götürmək imkanı verilib. Hökm qüvvəyə minənədək iş adamının Belarusu tərk etməsinə icazə verilməyəcək.
2016-cı ilin yazında Yuri Çıj xüsusilə böyük miqyasda vergi və rüsumlardan yayınmaqda şübhəli bilinərək saxlanılıb. Həmin ilin sentyabrında o, azadlığa buraxılıb. Belarus mətbuatında onu dəfələrlə Belarus prezidenti Aleksandr Lukaşenkonun “sağ əli” adlandırıblar.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar