“Zəngəzur və Qarabağ təhlükə altındadır”.
Manevr.az xəbər verir ki, bunu Ermənistan Gənclər Birliyi Bürosunun gənclər idarəsinin rəsmisi Qor Matevosyan deyib.
Fevralın 6-10-da İrəvan və Zəngəzurda gənclər konqresi keçirilib. Büronun üzvü mətbuat konfransı keçirib və qurultaya yekun vurub.
“Biz bu konqresi gənclərlə bağlı, ittifaqdaxili məsələlər, Qarabağla bağlı narahatlıqlar mövzusunda keçirdik. Qarabağda və Zəngəzurda, təhlükə altında olan bütün o ərazilərdə öz imkanlarımızı nə qədər qoya biləcəyimizi anlamağa çalışdıq. Bu gün bizim hamımız üçün sirr deyil ki, Qarabağ və Zəngəzur təhlükədədir.
Bu konqresin Zəngəzurda keçirilməsi çox vacib idi. Strukturumuz Zəngəzur və Qarabağ üçün bütün imkanlarından istifadə etdi.
Nəzərinizə çatdırım ki, Büro Gənclər Ofisi və Ermənistan Gənclər Birliyi 2021-ci ildən etibarən mənim də rəsmilərindən biri olduğum Zəngəzur layihəsinin təşəbbüskarı olub.
Biz Zəngəzurda milli müqaviməti qorumaq, mübarizə mühiti yaratmaq üçün hər cür səy göstəririk. Milli ideologiya olmadan aydın bir şey etmək mümkün deyil.
Məsələn, gənclərin niyə Zəngəzurda qalmalı olduğunun, biznes qurmasının, ailə-uşaq sahibi olmasının nəyə ehtiyac olduğunu başa düşmək lazımdır. Gənclərin Zəngəzurla öz gələcəyini bağlaması lazımdır. Bu, Zəngəzur əhalisinin azalmaması və müqavimətin daimi güc alması üçün lazımdır”, – deyə Matevosyan bildirib.konkret.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar