Xəbər lenti
Qırğızıstanda matəm elan edildi
Qırğızıstanın Oş vilayətinin Ayu kəndində torpaq sürüşməsi nəticəsində 24 nəfərin ölməsi ilə əlaqədar milli matəm elan edilib.
Bununla bağlı bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, 30 aprel milli matəm günü elan edilib. Bununla əlaqədar sabah ölkədə və Qırğızıstanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda televiziya və radio kanallarına həmin gün əyləncəli veriliş və proqramları ləğv etmək tövsiyə olunub. Dövlət başçısı həlak olan və xəsarət alanların ailələrinə zəruri yardımların göstərilməsi barədə də tapşırıq verib.
Qeyd edək ki, aprelin 29-da yerli vaxtda səhər saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar