Xəbər lenti
Rus polkovnikdən Ermənistanla bağlı təklif: “Əmr olarsa...”

Manevr.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
“Rusiyanın təsir və “yumşaq güc” agentlərinin Ermənistandakı fəaliyyətinin effektivliyinin və bununla bağlı müvafiq xərclərin tam yoxlanılması lazımdır. Biz heç bir gözə çarpan uğur görmürük, amma kifayət qədər pul xərclənib. Nəticəsi isə budur ki, ən yaxşısını istənildi, amma vəziyyət həmişə olduğu kimi qalır. Üstəgəl, Paşinyan getdikcə daha inamla Qərbə doğru sürünür.
“Mən şəxsən bu işə (yoxlama aparmağa) rəhbərlik etməyə və həyata keçirməyə hazıram. Əlbəttə, Rusiya Federasiyasının səlahiyyətli orqanlarından müvafiq əmr olarsa”, - ekspert bildirib.
Korotçenko Rusiyanın təsir dairəsində olan erməni siyasi ekspertlərin səmərəsiz fəaliyyət göstərdiklərini, bunun əvəzində isə əlavə pullar qoparmaq üçün Rusiyadan bərk-bərk yapışdıqlarını söyləyib. O, belə bir səmərəsiz işə pul xərclənməsinin doğru olmadığını düşünür.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar