Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan elə bir söz dedi ki, buna görə Ermənistanı da itirə bilərik” – Ayrapetyan

Tarix: 12-02-2023 13:37     Baxış: 3249 A- / A+


“Paşinyan elə bir söz dedi ki, buna görə Ermənistanı da itirə bilərik” – Ayrapetyan

“Paşinyanın Rusiyaya qarşı atdığı addımları Ermənistanın itirilməsi ilə nəticələnə bilər”.
 
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Tatevik Ayrapetyan deyib.
 
“Paşinyanın bəyanatları məndə belə bir təəssürat yaradır ki, Ermənistanın baş naziri ya şüurlu, ya da şüursuz olaraq vəziyyəti gərginləşdirir. O, ya Avropa Birliyinin missiyasının mənasını anlamır, ya da ölkəmizi ziddiyyətlər platformasına çevirməyə çalışır. İstənilən halda, bu, çox təhlükəli tendensiyadır və nəticələri dağıdıcı ola bilər. Artıq təhlükəsizlik baxımından çox çətin və həssas durumdayıq”, - ekspert bildirib.
 
Ekspert Paşinyanın AB-nin mülki missiyasını “KTMT qüvvələrini müşahidə missiyası” kimi şərh etməsinə də toxunub:
 
“Bu, gərginlik yaratmaqdan başqa heç bir fayda verə bilməz. Ermənistan rəhbərinin niyə ölkəmiz ətrafındakı vəziyyəti daha da çətinləşdirməyə çalışdığı həqiqətən bəlli deyil. Biz ölkəmizi ziddiyyətlər meydanına çevirə biləcək addımlara dözməməliyik, bu, dövlətçiliyimizi itirmək kimi ciddi risk yaradacaq macəraya çevrilə bilər. Ümid edirəm ki, Paşinyan bu absurd fikri bir daha təkrar etməyəcək, amma təəssüf ki, bu məsələdə nikbin olmaq özünü doğrultmur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar