Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ qırıcısı Kanada hava məkanında obyekti vurub

Tarix: 12-02-2023 12:23     Baxış: 3413 A- / A+

Kanadanın baş naziri Castin Trüdo ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 döyüş təyyarəsinin Yukon bölgəsi üzərində səmada naməlum obyekti zərərsizləşdirdiyini açıqlayıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo tvitter hesabında bu barədə yazıb.
“Kanadanın hava məkanını pozan naməlum obyektin vurulmasını əmr etdim. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Yukon üzərindəki obyektə zərbə endirib. Kanada və ABŞ təyyarələri havaya qalxdı və ABŞ F-22 obyekti uğurla vurdu. Prezident Baydenlə danışdım. Kanada Qüvvələri indi obyektin dağıntılarını çıxaracaq və təhlil edəcək. Şimali Amerikanı izləməyə davam etdiyiniz üçün NORAD-a təşəkkür edirəm”,- deyə baş nazir bildirib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 qırıcı təyyarəsi bir müddət əvvəl Alyaska səmasında naməlum obyekti zərərsizləşdirmişdi.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar