Xəbər lenti
Zəlzələ olan bu rayonda 1 nəfərin də burnu qanamadı - Şok səbəb
Hatayın Ərzin rayon Bələdiyyə Başçısı Ökkeş Elmasoğlu da Ərzində baş verən zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmadığını açıqlayıb.
Elmasoğlu sarsıdıcı və böyük zəlzələ olsa da, bölgədə nə üçün dağıntı olmadığını belə izah edib:“Əvvəla, mən işlədiyim dövrdə heç bir şəkildə qanunsuz tikintiyə icazə verməmişəm. İnsanlar bir bələdiyyə sədri kimi, həmişə mənə qarşı qəzəbli olublar. Bunu çox açıq deyirəm. Bəzən deyirdilər ki, “bu dünyada səndən başqa düzgün adam yoxdurmu?”. Hətta bir dəfə qohumlarımdan bir mənə dedi ki, “qanunsuz tikintiylə bağlı mənə cəza yazılıb”. Ona dedim ki, heç bir şey edə bilmərəm. O da eyni sualı vermişdi:“Türkiyənin tək düzgün adamı sənsənmi?”.
“Mənim vicdanım təmizdir. Biz heç bir şəkildə qanunsuz tikintiyə icazə verməmişik. Amma təbii ki, bəzi insanlar bir yol tapıb qanunsuz tikinti aparıb. Ancaq onları da cəzalandırmışıq.
"İlk növbədə vətəndaşlarımızın bu məsələyə baxış açısı dəyişməlidir. Bu məsələylə bağlı hər dəfə yüzlərlə insan gəlirdi yanıma. Çünki əvvəllər belə məsələr bu yolla həll edilirdi. Ancaq mən belə bir şeyə heç vaxt razı olmaram. Ona görə də insanların bir çoxuyla münasibətim pis idi”, -deyə o, bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar