Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiya Ermənistana qarşı cəza mexanizmini işə salıb” - Şahnazaryan

Tarix: 10-02-2023 18:15     Baxış: 3205 A- / A+


“Rusiya ilə münasibətlərinin gərginləşməsi Ermənistan üçün təhlükəli və risklidir”.
Manevr.az xəbər verir ki, bunu erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.
“Hər iki ölkədə dostluq münasibətlərini tam anlamayan və ya müttəfiq saymayan hakimiyyətlər olsa belə, Ermənistanla Rusiyanın düşmən olacağını düşünmürəm. Geosiyasi reallıqlar elədir ki, bu iki dövlət ən azı tərəfdaş olmağa məhkumdur, amma ən optimal variant (Ermənistan üçün) təbii ki, müttəfiqlik münasibətləridir. İndi demək olar ki, Ermənistan və Rusiyanın bəzi hakimiyyət nümayəndələri qeyri-adekvat və rasional olmayan təsəvvürlərdədir və hər iki tərəfdən maraqlar tapdalanır. Bu, Rusiyadan çox, Ermənistandan qat-qat böyük həcmdə edilir, çünki Rusiyada belə bir anlayış var ki, nə vaxtsa regionda öz təsirlərini bərpa edə bilərlər. Bu ssenari Rusiyada daim müzakirə olunur”, - ekspert bildirib.
Şahnazaryan Rusiya ilə gərginliyin Ermənistan üçün təhlükəli olduğunu söyləyib:
“Şübhəsiz ki, Ermənistan üçün təhlükələr həddən artıq böyükdür. Təəssüf ki, bu təhlükələr və risklər hakimiyyət tərəfindən idarə olunmur. Əksinə, Ermənistan hakimiyyəti təxribat xarakterli addımlarla Rusiyanı, belə demək mümkünsə, yoldan çıxarmaq üçün hər şeyi edir”
Politoloq bu kontekstdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dediyini xatırladıb: “Rusiya tərəfdən cəza tədbirləri həyata keçirilir və bundan Ermənistan əziyyət çəkir”.teleqraf.com

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar