Xəbər lenti
Lavrov və Mirzoyan Azərbaycan- Ermənistan münasibətlərini müzakirə ediblər

Ermənistan tərəfinin təşəbbüsü ilə Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlər ikitərəfli gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, Moskva ilə İrəvan arasında müttəfiqliyi möhkəmləndirmək üçün qarşılıqlı niyyətlərini bildiriblər.
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması problemləri müzakirə olunub. Rusiya tərəfi 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixlərində üçtərəfli sazişlərin icrası üzrə işlərin ən yüksək səviyyədə, o cümlədən bütün nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılmasının sürətlə bərpasının vacibliyini vurğulayıb. Regionda əlaqələr, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, o cümlədən ictimai xadimlər, ekspertlər və parlamentarilər arasında dialoqun təşviqi”, - Rusiya XİN-dən bildiriblər.
Natiq
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar