Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

CİA agenti zəlzələ üzərindən Ərdoğana qarşı şok planı etiraf etdi - DETALLAR

Tarix: 10-02-2023 13:05     Baxış: 3176 A- / A+
Türkiyə dəhşətli zəlzələnin ağır fəsadları ilə mübarizə apardığı vaxt, ölkə daxilində və xaricdə Ərdoğana qarşı siyasi kampaniyaya start verilib.

Manevr.az 
publika.az-a istinadən xəbər verir ki, Türkiyə müxalifəti dağıntılar üzərindən siyasi divident qazanmağa çalışır.

Səhnəyə öncə CHP başqanı Kamal Kılıçdaroğlu çıxdı. İddia etdi ki, “CHP-nin bələdiyyələrinə zəlzələ bölgəsində işləməyə imkan vermir, bürokratik əngəllər yaradırlar”. Həmçinin, Ərdoğanla görüşməyəcəyini, hakimiyyətə gəldikdən sonra bütün problemləri həll edəcəyini bəyan etdi. Onun bu çıxışı “insanların dərdi üzərindən siyasət yürütmək” kimi qəbul edilib.

Daha sonra Qərb mediası zəlzələnin seçkilərə təsiri, Ərdoğanın hakimiyyətdən getmək ehtimalının yüksək olduğu haqda materiallar tirajlamağa başladı.

CİA-nın “təsir agenti” kimi tanınan Mixael Rubin isə ABŞ hökumətini Türkiyəyə müdaxilə etməyə çağırıb.

Rubin məqaləsində Kılıçdaroğlunun iddialarına istinadən, “Ərdoğan müxalifətə məhdudiyyətlər qoyur, buna görə bütün Türkiyənin lideri ola bilməz” deyə yazıb.

“Ərdoğan kürd vətəndaşlara yardımları siyasi səbəblərə görə əngəlləyərsə, bu, Türkiyəni yenidən parçalanma ocağının içinə ata bilər. ABŞ müdaxilə etməli, kürdlərə yardım çatdırmalıdır. Amerikalı diplomatlar da, icazə verilməsə belə, bölgəyə getməlidir. Xilasetmə əməliyyatları başa çatdıqdan sonra ABŞ Türkiyədən hesabat tələb etməlidir”, - CİA-nın “təsir agenti” iddia edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar