Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yaponiya kəşfiyyatı Ukraynada 20-dən çox rus generalının öldüyünü bildirib

Tarix: 09-02-2023 21:37     Baxış: 3216 A- / A+

Xarici agentliklər xəbər verir ki, bu barədə “Nikkei” qəzeti Yaponiya kəşfiyyatının əldə etdiyi məlumatlara istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bu qədər yüksək rütbəli zabitin ölümü Qərbdə qeyri-adi hal sayılır və Rusiya ordusunun zəifliyindən xəbər verə bilər. Materialda itkilərin siyahısı verilmir, ölənlərin adları çəkilmir.

Qeyd edək ki, son vaxtlarda dörd rus generalının ölümü ilə bağlı məlumat açıq qaynaqlarda yer alıb, “Mediazona” portalının xəbərinə görə, onlardan biri, 63 yaşlı general-mayor Konamat Botaşev hətta təqaüddə imiş. Onun Vaqner ÖHŞ-nin aviasiyasında xidmət etdiyi qeyd olunur.

Hərbi ekspertlərin fikrincə, Rusiya ordusunda generalların ölüm nisbətinin yüksək olması onların döyüş əməliyyatlarında şəxsən iştirak etmələri ilə bağlıdır. Bu, bir tərəfdən aşağı komandanlığın idarəetmə qabliyyətinin zəifliyi, digər tərəfdən isə Rusiya ordusunun çoxlu sayda yüksək rütbəli zabitlərdən ibarət strukturu ilə izah oluna bilər.

“Nikkei” qəzetinin yazdığına görə, generalların ölümü həm də Ukraynanın elektron kəşfiyyatda üstünlüyü və Rusiya ordusunun nəzarətində olan ərazilərdə yaradılmış partizan şəbəkəsinin effektiv işi ilə bağlıdır.

Yaponiyanın kəşfiyyat rəsmilərinin fikrincə, Rusiya ordusunun generalların ölümləri fonunda uğursuzluğu Çini narahat edə bilər və Pekin Moskvaya gizli şəkildə hərbi yardım göstərə bilər. Həmin yardımın konkret nədən ibarət olduğu materialda göstərilmir. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar