Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İtaliyalı zəlzələ müətəxəssisindən QORXUNC ZƏLZƏLƏ PROQRNOZU - İlin sonunadək...

Tarix: 09-02-2023 18:31     Baxış: 4303 A- / A+
Türkiyədə Kahramanmaraş mərkəzli 7.7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Anadolu layında 3 metrlik sürüşmə qeydə alınıb.
Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, bu iddia ilə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) rəhbəri, professor Karlo Doqlioni (Carlo Doglioni) çıxış edib.
İtaliyanın zəlzələlər üzrə səlahiyyətli qurumunun rəhbəri Romadakı qərargahda çıxışı zamanı deyib ki, Anadolu layındakı sürüşmə qarşıdakı günlərdə arta bilər:
"Anadolu layı həm yer qabığına, həm Avrasiya layı, həm də Ərəb layına görə cənub-qərb istiqamətində hərəkət edir. Əslində, hərəkətlilik hər gün olur. Bir neçə mikron irəliləyir. Lakin ilin sonuna qədər bu, bir neçə santimetr ola bilər.
Bu bölgədə onilliklərdir davam edən enerji yığılması var. Həmin bölgə enerjini artıq saxlayacaq vəziyyətdə deyil. Anadolu layı cənub-qərb istiqamətində hərəkət etdiyi üçün tıxanma yaranır və enerji bir istiqamətdən çıxır. Zəlzələlər zamanı Anadolu layı 3 metr yerini dəyişib. Bu ilkin təxmindir və arta biləcəyi istisna deyil".
İtaliyalı professorun təxminlərinə görə, Kahramanmaraşda baş verən zəlzələ bizim 7,8 bal gücündə olub və 2G sürətlənməsi müşahidə edilib: "2G - cazibə qüvvəsinin 2 dəfə sürətlənməsi deməkdir və bu, fövqəladə bir sürətlənmədir. Onu qeyd edib ki, 7,8 bal quruda müşahidə etdiyimiz ən böyük zəlzələdir. 1960-cı ildə Çilidə qeydə alınan 9-9,5 bal gücündə zəlzələ dənizdə baş vermişdi”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar