Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni deputatdan ağlasığmaz sözlər: “Türk öldürmək üçün yaradılmışıq”

Tarix: 09-02-2023 12:18     Baxış: 3268 A- / A+

Bütün dünya şiddətli zəlzələ ilə yasa boğulan qardaş ölkə - Türkiyə üçün səfərbər olub. Hətta əsrlərdir türklərlə enişli-yoxuşlu münasibətlərdə olan, zaman-zaman düşmən münasibətini əsirgəməyən yunanlar belə qollarını çırmalayıb insanları xilas etməklə məşğuldurlar. Yalnız bir ölkə - Ermənistan, yalnız bir millət – ermənilər yenə öz qaniçən xislətindən çıxa bilmir.
Manevr.az xəbər verir ki, həmin ermənilərdən biri, ölkənin hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Akop Aslanyan erməni xilasedicilərin türkləri xilas etmələrini istəmədiyini etiraf edib.
Baş nazir Nikol Paşinyanın partiyasından olan deputat ermənilərin türk öldürmək üçün yaradıldıqlarını deyib.
Onun sözlərinə görə, erməni xilasedicilər türkləri xilas edərkən istəmir ki, onlar türk öldürmək üçün yaradıldıqlarını unutsunlar.
“Mənim üçün ən yaxşı türk ölü türkdür. 1994-cü ildə müharibə zamanı oğlanlarıma dediyim budur, mən pis şeyləri sevmirəm”, - Aslanyan bildirib.
Deputat Paşinyanın Türkiyəyə xilasedicilər göndərməsinin sırf diplomatik gediş olduğunu da söyləyib.
Aslanyan şiddətli zəlzələnin baş verdiyi Türkiyə ərazilərini isə “Qərbi Ermənistan” adlandırıb. Sırf bu baxımdan Ermənistan baş nazirinin qərarını dəstəklədiyini vurğulayıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar