Xəbər lenti
Hollandiyalı deputat İslam əleyhinə kitab yazarkən MÜSƏLMAN OLDU - Şəkillər

Onun etiraflarını əks etdirən video sosial şəbəkələrdə maraqla qarşılanıb.
2010-cu ildən 2017-ci ilədək Hollandiyada millət vəkili olan 39 yaşlı Klaveren ilk zamanlar "Quran" kitabını "zəhər" adlandıraraq, anti-İslam çıxışlarıyla gündəmə gəlib. İnsanları bu dindən uzaqlaşdırmaq üçün o, kitab yazmaq fikrinə düşüb.

Kitab üzərində çalışdığı müddətdə 2018-ci ildə o, İslam dinini qəbul edərək müsəlman olub və əksinə, "Dindən çıxmış" ("Afvallige") adlı kitab yazaraq bir çoxlarının qəzəbinə tuş gəlib, çünki ətrafındakı insanların əksəriyyəti onun xristianlığı təbliğ edəcəyini düşünüblər.

Bütün maneələrə baxmayaraq, Klaverenin kitabının ilk tirajı artıq tükənib. Kitabın ikinci nəşrinin ingilis, ərəb və türk dilinə tərcümə olunması planlaşdırılır. big.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar