Xəbər lenti
Dezinformasiya məzmunlu zəlzələ postları ilə bağlı araşdırmalara başlanıldı

İstanbul Respublika Baş Prokurorluğu dezinformasiya məzmunlu zəlzələ postları ilə bağlı araşdırmalara başlayıb.
Manevr.az xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık mahalında olan və ümumilikdə 10 vilayətdə baş verən 7,4 bal gücündə zəlzələ ilə bağlı ictimaiyyətdə qorxu və ya panika yaradacaq şəkildə həqiqətə uyğun olmayan yazılarla bağlı araşdırma başladılıb.
İstanbul Baş Prokurorluğundan verilən açıqlamada Kahramanmaraşın Pazarcık rayonunda baş verən və ətraf əyalətlərdə də təsirini göstərən zəlzələ ilə bağlı sosial media hesablarında edilən təhrifli yazılarla bağlı tədbir görüldüyü bildirilib.
Açıqlamada bildirilib ki, ictimaiyyət arasında təşviş, qorxu və panika yaratmaq məqsədi ilə yalan və ya qeyri-dəqiq, təhrif olunmuş, həqiqətə uyğun olmayan məlumatlar yayan dezinformasiya xarakterli şərhlər, açıqlamalar və ifadələrlə bağlı revize olaraq araşdırma başlanılıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































