Xəbər lenti
"Ukrayna hakimiyyəti keçmiş günahlarından tövbə etməli..." - Kobaxidze
Gürcüstanın hakim partiyası Ukraynanı “keçmiş günahlarından tövbə etməyə” çağırıb.
Manevr.az “Novosti-Georgia”ya istinadən xəbər verir ki, Gürcüstanın hakim partiyasının sədri İrakli Kobaxidze Ukrayna tərəfinin Mixail Saakaşvilinin təhvil verilməsini tələb edən son bəyanatlarına son dərəcə kəskin cavab verib.
“Ukrayna hakimiyyətinin nümayəndələri nə isə danışmazdan əvvəl keçmiş günahlarından tövbə etməli, indiki cinayətlərini islah etməli və yalnız bundan sonra başqa işlərə keçməlidirlər”, - “Gürcü arzusu”nun lideri xüsusi brifinqdə bildirib.
Fikirlərinə aydınlıq gətirən siyasətçii izah edib ki, Ukraynada vaxtilə “cinayətkar Saakaşvili və digərləri” üçün yaşamaq və işləmək imkanı yaradılıb.
“Ukrayna və gürcü xalqları arasında tarixi dostluq münasibətlərimizə baxmayaraq, təəssüf ki, Ukrayna hakimiyyəti cinayətkar Saakaşvilini illərdir öz ölkəsində saxlayıb və hələ də orada onlarla tanınmış cinayətkar var. Onların arasında işgəncə və bu kimi cinayətlərdə iştirak edən şəxslər də var.
Bu cinayətkarlar Gürcüstanda mühakimə olunmalarına baxmayaraq, hələ də Ukraynadadırlar. Üstəlik, bu cinayətkarların bəziləri Ukrayna hökumətində çox yüksək vəzifələr tutur və onlar Mixail Saakaşvilini bizə göndəriblər”, - deyə İrakli Kobaxidze bildirib.
Xatırlaaq ki, Ukrayna Xarici İşlər Nazirliyi bir müddət əvvəl Gürcüstan hakimiyyətini qeyri-insani rəftar iddiası ilə Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilini dərhal Ukraynaya təhvil verməyə çağırmışdı.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar