Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

9 ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Tarix: 02-02-2023 22:14     Baxış: 3315 A- / A+
Terror aktları təhlükəsi ilə əlaqədar konsulluqlarının işini dayandıran ölkələr də daxil olmaqla, 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Manevr.az bu barədə "TRT Haber”ə istinadən xəbər verir.
ABŞ-ın Türkiyənin təhlükəsizliyi ilə bağlı xəbərdarlığından sonra bəzi xarici nümayəndəliklər konsulluqlarını bağlayıb.

Türkiyə mətbuatının diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, konsulluqlarını bağlayan ölkələrin səfirliklərinin nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin reaksiyasının açıqlanacağı gözlənilir.

Bundan əvvəl bir sıra ölkələr, o cümlədən Fransa, Almaniya, İtaliya və ABŞ öz vətəndaşlarına Türkiyədə, xüsusilə diplomatik missiyalara və qeyri-müsəlmanların ibadət yerlərinə hücum riskinin artacağı barədə xəbərdarlıq etmişdilər. Almaniya, Fransa və Hollandiya bu həftə təhlükəsizlik səbəbi ilə diplomatik nümayəndəliklərini müvəqqəti bağlayan ölkələr arasında olub.

Türkiyə də öz növbəsində  vətəndaşlarını ABŞ və Avropada "mümkün islamofob, ksenofob və irqçi hücumlar" barədə xəbərdar edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar