Xəbər lenti
FTB Baydenin evində axtarış aparıb
ABŞ prezidenti Co Baydenə qarşı başladılan məxfi sənəd araşdırması çərçivəsində FTB Baydenin Delaver ştatındakı evində axtarış aparıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Baydenin vəkili Bob Bauer bu gün Ədliyyə Departamentinin Baydenin Delaver ştatının Rehoboth Beach-dəki tətil evində "qəsdən planlaşdırılmış" axtarış apardığını açıqlayıb.
Sözügedən axtarışın prosesin təhlükəsizliyi və bütövlüyü naminə ictimaiyyətə əvvəlcədən xəbərdarlıq edilmədən, Ədliyyə Nazirliyinin standart prosedurlarına uyğun aparıldığını qeyd edən Bauer axtarış çərçivəsində Ədliyyə Nazirliyi ilə tam əməkdaşlıq etdiklərini qeyd edib.
Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber yanvarın 9-da Baydenin Penn Bayden Mərkəzindəki şəxsi ofisində 2 noyabr 2022-ci il tarixində vitse-prezident kimi fəaliyyət göstərdiyi müddətdə “məxfi məlumatları ehtiva edən bir neçə sənəd” olduğunu deyib.
Sənədlərin “bağlı kabinetdə” tapıldığını deyən Sauber, sənədlər tapılan kimi Baydenin şəxsi vəkillərinin Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladıqlarını bildirib. Yanvarın 22-də prezidentin Delaverdəki iqamətgahının qarajında yeni “məxfi sənədlər”in tapıldığı məlum olub.
Bayden məxfi sənədlərin ofisindən çıxdığını eşidəndə "təəccübləndiyini" deyib və sənədlərin məzmunu barədə məlumatının olmadığını bildirib.
Ədliyyə Nazirliyi sözügedən sənədləri araşdırmaq üçün xüsusi səlahiyyətli prokuror təyin edib.
Baydendən əvvəl FTB agentləri 8 avqust 2022-ci ildə Trampın Palm Beachdəki Mar-a-Laqo malikanəsində axtarış apararkən ölkədə məxfi sənədlərin aşkarlanması uzun müddət müzakirə olunurdu. O, Trampı tənqid edib.
Bir müddət Baydenin ofisində və evində gizli sənədlər üzə çıxdıqdan sonra respublikaçılar indi Baydeni tənqid edirlər.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar