Xəbər lenti
Ukraynada bütün universitetlərdə rus dilində danışmağa qadağa qoyulacaq

Ukraynada dövlət dilinin müdafiəsi üzrə komissar Taras Kremen deyib ki, rus dilində şəxsiyyətlərarası ünsiyyətə qoyulan qadağa bütün Ukrayna universitetlərinə şamil edilməlidir.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə RBC-nın Ukrayna KİV-nə istinadən məlumatında deyilir.
Kremen bununla yanvarın 27-də Kiyev-Mogilyan Akademiyasında belə qadağanın tətbiq olumasına münasibətini bildirib.
"Mən bu qərarı dəstəkləyirəm və inanıram ki, hər bir universitet Ukraynanın əsl vətənpərvər, iradəli, savadlı vətəndaşlarının yetişdirilməsi üçün ən yaxşı imkanları yaratmalıdır", - Kremen deyib.
Onun sözlərinə görə, milli maraqların qorunması məsələlərində təhsil sahəsi nümunə olmalıdır. Kremen qeyd edib ki, "Ukrayna dilinin dövlət dili kimi fəaliyyət göstərməsinin təmin edilməsi haqqında" Ukrayna Qanununun 21-ci maddəsinə görə, tədris prosesinin dili dövlət dilidir.
Keçən il oktyabrın 21-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov Ukraynadan rus dilinin "bütünlükdə yoxa çıxmalı” olduğunu deyərək, onu "düşmən təbliğatının elementi” adlandırmışdı. Noyabrın 11-də Kiyevdə uşaq bağçaları və məktəblərin tədris proqramlarından rus dili çıxarılıb. Bu qərarı şəhər şurasının üzvləri qəbul edib.
Kremenin bəhs etdiyi qanun 2019-cu ildə qüvvəyə minib. Qanun digər dillərlə müqayisədə ukrayna dili üçün müstəsna hüquqlar təmin və həyatın bir çox sahələrində istifadəsinə nəzarət mexanizmlərini tətbiq edib. Qanun həm də qeyri-dövlət dillərinin əhatə dairəsini kəskin şəkildə azaldıb: milli kanallarda verilişlərin 90%-i Ukrayna dilində yayımlanmalıdır, KİV-in yalnız rus dilində buraxılması qadağan edilib və tirajı ukrayna dilində təkrarlamaq məcburi olub.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar