Xəbər lenti
Ermənistan Azərbaycan və Türkiyə ilə genişmiqyaslı hərbi əməliyyatlar apara bilməyəcək - Xaçatryan
"Ordumuz bir sıra vəzifələri yerinə yetirməyə qadirdir, lakin Azərbaycan və Türkiyə ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər qüvvə yoxdur".
Manevr.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu fevralın 1-də jurnalistlərə müsahibəsində Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryan deyib.
Deputat bildirib ki, bunun üçün xüsusi peşəkar ordu lazımdır. Bu məsələdə məhdudiyyətsiz resurslarla 1-2 addım irəli getməliyik ki, tab gətirə bilək.
Ordumuz ağır məğlubiyyətə uğradı və bu, mənəvi-psixoloji duruma böyük təsir etdi”, - deyə o etiraf edib.
Xaçatryan bu vəziyyətin, bu təzyiqin orduya təsir etməməsi və irəliləyiş olması üçün hər şeyi etmək lazım olduğunu qeyd edib.
“Keçmişin sentyabr hadisələrindən sonra ordunun əhval-ruhiyyəsi aşağı düşmədi, əksinə, yüksəldi. Əsgərlərin əhval-ruhiyyəsi 44 günlük müharibədən qat-qat yüksəkdir. Ordu 44 günlük müharibədən sonra öz gücünə daha arxayındır”, - deyə o, əmin edib.
P.S. Yəqin ki, yer üzündə özü öz yalanına inanan, böyük xülyalarla özünü aldadan ikinci bir məxluq yenə haylar özləridi. Bu hansı ordudan danışır?! 44 günlük müharibə olmayan ordunuzu, "gücünüzü" göstərdi axı, ay sərsəm. Bunu bütün dünya gördü. Əlbəttə, nə Azərbaycan, nə də Türkiyə ilə nəinki geniş, heç kiçik miqyaslı hərbi əməliyyat geçirmək iqtidarında deyilsiz. Ən güclü ORDU, bizim ORDU!
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar