Xəbər lenti
Sarkisyan:“Qərb Zəngəzur dəhlizinin açılmasına tərəfdar olacaq”

“Rusiyanın nəzarəti altında olmayacağı təqdirdə Qərb Zəngəzur dəhlizinin açılmasına tərəfdar olacaq”.
Manevr.az xəbər verir ki, bunu Ermənistan “news-news.am”-in müxbirinə müsahibəsində beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan deyib.
"Ancaq İran faktoru da var, ona görə də ABŞ-ın bu yolda marağı ola bilər", - deyə Sarkisyan bildirib.
O, Azərbaycanın tələbi ilə Rusiya hərbçilərinin Qarabağdan çıxarılması halında Qərbin sülhməramlı qoşunlar göndərməyə hazır olub-olmaması sualına da cavab verib. Bildirib ki, beynəlxalq hüquqda sülhməramlı qoşunların göndərilməsinin ən mühüm prinsipi tərəflərin razılığıdır.
“Yəni hər iki tərəf razılaşarsa, istər BMT, istərsə də ATƏT mandatı altında sülhməramlı missiya yerləşdirilə bilər. Hətta Aİ, BMT və ya hər hansı bir başqasının istəyi olsa belə, ilk növbədə tərəflərin razılığı lazımdır.
Azərbaycan razılaşacaqmı ki, iki ildən sonra ruslar gedib, başqası gəlsin? Burada qəti şəkildə deyə bilərik ki, Azərbaycan belə razılıq verməyəcək. Rusların hətta müddətin uzadılması ilə bağlı problemləri də olacaq. Bu müddətin uzadılması üçün səbəblər axtaracaqlar və bunun üçün onların çox az səbəbləri var”.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar