Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İsveçin TÜRKİYƏ PEŞMANLIĞI - Etiraf kimi açıqlamalar

Tarix: 29-01-2023 13:39     Baxış: 3453 A- / A+
İsveç Türkiyə ilə yaşanan böhrana görə təəssüflənir.

Bu barədə İsveç mətbuatı yazıb.
"Kristersson hökuməti 100 gündən sonra dağıntılar altında qalıb. Ölkə daxilindəki kriminal dəstə problemi ilə yanaşı, NATO böhranı ilə bağlı hökumət çətin vəziyyətdədir. Tufan qopub və İsveçin NATO prosesi beləcə pozulub" - yazan ölkə mediası hökuməti fırtınaya düşən gəmiyə bənzədib.
 
İsveç mətbuatı xarici işlər naziri Tobias Billströmün etiraf kimi açıqlamalarına da yer verib:

"Billström deyir ki, Ərdoğanı tənqid edən nümayişlərdən sonra Türkiyənin qəzəbi və Paludanın Quranı yandırması İsveçin NATO prosesini çətinləşdirib".
 
Qeyd edək ki, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra İsveç polisinin Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludana Ankaranın Stokholmdakı səfirliyi qarşısında Quran yandırmağa icazə verməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 23-də Nazirlər Kabinetinin iclasından sonra açıqlama verərək bəyan edib ki, İsveç NATO-ya müraciət baxımından Türkiyədən yaxşılıq gözləməsin: "Küçələrdə terror təşkilatlarını gəzdirib, sonra bizdən dəstək gözləyəcəksiniz. NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin". musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar