Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İtalyanların əksəriyyəti Ukraynaya silah göndərilməsinin əleyhinədir

Tarix: 28-01-2023 16:11     Baxış: 3427 A- / A+

Euromedia İnstitutunun keçirdiyi sorğu göstərib ki, italyanların əksəriyyəti Ukraynaya silah göndərilməsinin əleyhinədir. 
Manevr.az "lenta.ru"ya istinadən xəbər verir ki,  bu barədə “La Stampa” nəşri məlumat yayıb.

Qeyd olunur ki, respondentlərin 52 faizi texnikanın Kiyevə çatdırılmasının əleyhinə olub. Eyni zamanda, 33,9 faiz Ukraynanın Almaniyanın Leopard tankları ilə dəstəklənməli olduğunu bildirib.

Ölkə vətəndaşlarına NATO-nun müdaxiləsi ilə bağlı da sual verilib. Respondentlərin 68 faizi hesab edir ki, alyans baş verənlərdən uzaq durmalıdır.

Respondentlərin 78,2 faizi etiraf edib ki, Ukraynadakı münaqişə onlardan uzaq bir şey kimi görünür. Bununla belə, gənclər vəziyyətə daha kəskin reaksiya verirlər. Gənc italyanlar arasında 15,8 faiz döyüş əməliyyatlarının yaxınlaşmasını hiss etdiyini, sorğuda iştirak edənlərin 51 faizi isə artıq yaxın olduğunu bildirib.
Bundan əvvəl İtaliya və Fransa hökumətləri təxminən 700 Aster-30 zenit-raket kompleksinin alınması və onların bir hissəsinin Kiyevə təhvil verilməsi barədə razılığa gəliblər. Yanvarın 27-də İtaliyanın müdafiə naziri Guido Crosetto və fransalı həmkarı Sebastien Lecornu Romada keçirilən görüşdə Ukrayna tərəfinə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı texniki detalları müzakirə ediblər. Danışıqlar zamanı Aster-30 raketlərindən istifadə edən SAMP-T hava hücumundan müdafiə sistemi üçün yeni akkumulyatorların istehsalına razılıq verilib.

Sevinc
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar