Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Saakaşvili: “Başına gələnlər Zelenski üçün açıq “mesaj”dır”

Tarix: 28-01-2023 08:36     Baxış: 4200 A- / A+
 
Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində bildirib.
 
Sabiq dövlət başçısı deyib ki, Gürcüstan hökuməti Rusiya üçün beynəlxalq sanksiyalardan yan keçmək üçün faydalı alətdir.
 
Saakaşvilinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və bu ölkənin xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhv edilməsi, hətta həbs olunaraq Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər.
 
“Rusiyadan başqa dünyanın heç bir ölkəsi mənə qarşı irəli sürülən ittihamları və ya hökmləri tanımayıb. Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt əlverişsiz idi - Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl. Ola bilsin, Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiyanın agentləri olub.
 
Əslində, mənim doğulduğum ölkə çoxdan Putinin gizli müttəfiqidir”, - Saakaşvili deyib.
 
O (Volodimir Zelenski-red) Rusiyanın aqressiv müharibəsi başlayanda ölkəni tərk etməkdən imtina etdi, necə ki, mən 2008-ci ildə Rusiya ordusu Gürcüstanı işğal edəndə bu addımı atdım. Biz Gürcüstanda uğurlu islahatlarımıza görə cəzalandırıldıq, necə ki, Zelenski indi oliqarxiya siyasətinə görə bunun bədəlini ödəyir”, - Saakaşvili deyib.
 
Gələcəklə bağlı planlardan danışan Saakaşvili qeyd edir ki, sağ qalsa, gələcəyini ancaq Ukraynada görür.
 
“Mən artıq bu ölkənin tarixində öz rolumu oynamışam və azad dünyanın lideri kimi gördüyüm Zelenski ilə işləmək imkanım olduğu üçün inanılmaz dərəcədə şanslıyam. Əksinə, Gürcüstanın bu müharibədə necə Kremlin gizli müttəfiqinə çevrildiyini görmək çox acınacaqlıdır”, - Saakaşvili əlavə edib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar