Xəbər lenti
İrəvan Azərbaycanla sərhəddə KTMT missiyasından imtina etməyib - Arutyunyan
Ermənistan Azərbaycanla sərhəddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını yerləşdirməkdən imtina etməyib.
Manevr.az xəbər verir ki, bunu TASS-ın müxbirinə müsahibəsində Ermənistanın Rusiyadakı səfiri, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan deyib.
“Bilirsiniz ki, dövlətlərarası münasibətlərdə bəzi məsələlər ola bilər ki, onlar müzakirə olunur, həlli yolları tapılır. KTMT müşahidəçilərinə gəlincə, heç kim KTMT müşahidəçilərindən imtina etməyib. Baş katib və KTMT-nin Birləşmiş Qərargah rəisinin regiona səfərindən sonra İrəvanda imzalanması nəzərdə tutulan sənəd Ermənistan tərəfinin sənədi yekunlaşdırmaq istəməsi səbəbindən imzalanmayıb”, - səfir bildirib və əlavə edib ki, sənəd yekunlaşmaq üzrədir.
Arutyunyan baş nazir Nikol Paşinyan hökumətinin ölkənin KTMT-dən çıxmasına hazırlaşdığı barədə bəyanat və iddiaları təkzib edib.
“Belə yanaşmalar və ya fikirlər o mənada reallığa uyğun gəlmir ki, dövlətlər arasında münasibətlər imzalanmış müqavilələrlə müəyyənləşir və 90-cı illərdə imzalanmış müqavilələr indi böyüməkdə davam edir. Baş nazirimiz qeyd edib ki, KTMT-dən söhbət gedə bilməz. Ona görə də bu doğru deyil, əksinə, münasibətlərimiz dərinləşir və bu qeyri-sabit dövrdə, bundan sonra daha da dərinləşəcək”, - Ermənistanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri bildirib.
O, Ermənistanın Aİİ, KTMT, MDB və “Rusiyanın da iştirak etdiyi bütün digər regional təşkilatların” üzvü olduğunu vurğulayıb.
“Ona görə də bütün bunlar münasibətlərimizi anlamayan insanların bəyanatları kimi qəbul edilə bilər”-, o əlavə edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar