ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən “Rusiyanın təcavüzü ilə mübarizə: Ukrayna və onun hüdudlarından kənar” adlı sessiyada F-16-ların Türkiyəyə mümkün satışı və Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünə etirazlarını gündəmə gətirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu vəziyyətdən öz daxili maraqları üçün istifadə etdiyini deyən Şahin, bu durumun NATO-nun maraqlarına zidd olduğunu bildirib.
Bu şərhlə bağlı danışan Nuland , “Biz türk müttəfiqlərimizə də onlara lazım olduğunu düşündüyümüz təhlükəsizlik dəstəyini vermək üçün Konqresin dəstəyinə ehtiyacımız olduğunu bildirdik”, - deyə qeyd edib. Nuland əlavə edib ki, Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləməsi F-16-ların Türkiyəyə satışının ABŞ Konqresində daha isti qarşılanmasını təmin edəcək.
Digər tərəfdən, Nulandın “Türkiyəyə mesaj” olaraq xarakterizə edilən açıqlamaları ABŞ Dövlət Departamentinin gündəlik mətbuat brifinqində gündəmə gəlib. Konqresdə F-16 satışına qarşı etirazlar davam edərkən, Nulandın sözlərinin Ankara tərəfindən “dostluq təklifi” olaraq necə şərh ediləcəyi ilə bağlı sualı cavablandıran sözçünün müavini Vedant Patel, bugünkü iclası izləmədiyini, ancaq ümumi olaraq idarəçilərin, prezident Co Baydenin və nazirliyin F-16-lar məsələsində çox dəqiq və tutarlı olduqlarını söyləyib.
“Türkiyənin mühüm NATO müttəfiqi olduğunu və alyans sistemi daxilində təhlükəsizlik əməliyyatlarını dəstəkləməyə davam edəcəyimizi açıq şəkildə bildirdik. Bu iki məsələ, yəni F-16-lar və İsveçlə Finlandiyanın NATO-ya qəbulu ayrı olaraq qalır. Hansısa qarşılıqlıq gündəmdə deyil”, - Patel əlavə edib.publika.az