Xəbər lenti
Çirkin oyun ifşa edildi: Türkiyənin düşmənləri ilə birlikdə...
Suriyada Fərat çayının şərqindəki neft yataqlarında işğalı davam etdirən PKK/YPG terror təşkilatı Rumeylan və Deyr əz-Zordan oğurladığı nefti müxtəlif ölkələrin şirkətlərinə satmağa çalışır.
PKK/YPG terror təşkilatına bağlı olan “Cəzirə” neft şirkəti oğurluq “qara qızıl”dan böyük gəlirlər əldə edir.
PKK/YPG-nin yerləşdiyi ərazilərdə neft axtarışını və hasilatını həyata keçirən bir çox şirkət də “Cəzirə”yə bağlıdır.
Suriyada neft ticarəti əvvəllər İraqda fəaliyyət göstərmiş PKK-çılar tərəfindən həyata keçirilir. Məlumata görə, PYD terror təşkilatının keçmiş liderlərindən biri Şahoz Həsən “Cəzirə” şirkətinin rəhbəridir. Şahoz Həsən Suriyadan oğurlanan neftin satışı üçün müxtəlif ölkələrin şirkətləri ilə danışıqlar aparır.
PYD-nin keçmiş liderinin Suriyadakı bir çox PYD/YPG-çılar kimi əvvəllər İraqda da fəaliyyət göstərdiyi məlum olub.
1994-cü ildə PKK-ya qoşulan və Şimali İraqda fəaliyyət göstərən Şahoz Həsən 2011-ci ildə Suriyada müharibənin başlaması ilə bu terror təşkilatının bir qolu olan PYD/YPG-də fəaliyyətə keçib.
Şahoz Həsən 2017-ci ildə PYD-nin başına gətirilib və 2020-ci ilədək bu postda qalıb. Bundan sonra Suriyada neft və təbii qaz satışını həyata keçirərək PKK/YPG üçün pul yığmağa başlayıb.
Suriya Xarici İşlər Nazirliyi də ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ və PKK/YPG-ni Suriyanın neft və təbii qazını oğurlamaqda ittiham etmişdi.
Türkiyəli ekspertlər ABŞ-ın PKK/YPG vasitəsilə qanunsuz neft alveri edərək, uzunmüddətli perspektivdə bölgədə qalıcı olmaq üçün terror təşkilatını maliyyələşdirdiyini və silahlandırdığını deyirlər. ABŞ-ın sözügedən terror təşkilatına hərbi yardımı Türkiyə tərəfindən etirazla qarşılanır. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar