Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Putin Almaniyadakı ABŞ qoşunlarını "işğalçı" adlandırdı

Tarix: 25-01-2023 21:40     Baxış: 3378 A- / A+

Rusiya prezidenti Vladimir Putin Almaniyadakı ABŞ qoşunlarının “işğalçı” kimi ölkədə qalmağa davam etdiyini bildirib. 
Manevr.az rus mətbuatına istinadən xəbər verir ki, Putin bunu "Tələbə günü" ilə bağlı Moskva Dövlət Universitetində tələbələrlə görüşündə deyib.  Almaniyanın İkinci Dünya Müharibəsində məğlub olduğunu xatırladan Putin, bu ölkənin müharibədən sonra Amerika, İngiltərə, Fransa və Sovetlər kimi dörd sektora bölündüyünü qeyd edib. O vurğulayıb ki, Sovet İttifaqı Almaniyadakı işğal statusunu sona çatdırdı. Lakin ABŞ bunu etmədi. "Amerika işğalçı qüvvələri rəsmi və qanuni olaraq Almaniya ərazisindədir. Onların sayı da kifayət qədər çoxdur. Alman siyasətçiləri özləri deyirlər ki, İkinci Dünya Müharibəsindən sonra Almaniya heç vaxt tam suveren dövlət olmayıb", - Putin fikrinə əlavə edib. O həmçinin xatırladıb ki, müharibə nəticəsində Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qoşunları Avstriyada olub, lakin oradan çıxarılıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar