Xəbər lenti
İrəvan seçimini etdi: Kreml xaindir - Arşakyan
Manevr.az xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.
“Bəli, biz yaxşı bilirik ki, Ermənistan vasitəsilə regionumuza nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir. Bəs İrəvanın xarici siyasətini Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir? 44 günlük müharibədə və ondan sonrakı dövrdə Ermənistana xəyanət edən yalnız Rusiyanın özüdür. Kreml Azərbaycan və Türkiyəni razı salmaq üçün regionda yeganə müttəfiqinin maraqlarını heçə saydı. Doğrudanmı Moskva bu qədər sadəlövh idi ki, İrəvanda heç bir əks tədbir görülməyəcəyini düşünürdü? Hətta küncə sıxışdırılmış siçan vəhşi heyvana çevrilir. Təbii ki, Rusiyanın hələ də Ermənistana qarşı çoxlu təzyiq rıçaqları var. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında Rusiya hərbçiləri və FTX-si ilə doludur. Şübhə etmirəm ki, yaxın günlərdə İrəvana qarşı bütün bu təzyiq rıçaqlarından istifadə olunacaq. Və bu kontekstdə Rusiyanın ərazimizdə hərbi mövcudluğunun dayandırılması məsələsi yenidən kəskin şəkildə ortaya çıxır. Biz öz sərhədlərimizi özümüz qoruya bilərik və AB-nin uzunmüddətli missiyası bizə əlavə təhlükəsizlik zəmanəti verir. Erməni xalqı ümid etmək istəyir ki, hakimiyyət bundan qorxmayacaq və Qərblə, o cümlədən onun hərbi-siyasi strukturları ilə əlaqələri gücləndirmək siyasətini davam etdirəcək. Ermənistanın yeri KTMT və Aİİ-də deyil, AB və NATO-dadır”, - o bildirib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar