Xəbər lenti
Lavrov: Fransa başqa ölkələrin daxili işlərinə müdaxilə edir
Afrikanın cənub-şərqindəki Esvatininin paytaxtı Mbabaneyə səfər edən Lavrov Esvatininin xarici işlər naziri Tuli Dladla ilə görüşüb.
Manevr.az xəbər verir ki, görüşdən sonra təşkil edilən mətbuat konfransında danışan Lavrov Fransa prezidenti Emmanuel Makronun “Burkina Fasonun fransız əsgərlərinin ölkədən çıxması tələbinin arxasında Rusiya dayanır” açıqlamasını dəyərləndirib.
"Bu bir xarici siyasət məsələsidir, biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq Makronun açıqlamaları Fransanın müdaxilə etdiyini göstərir", - Lavrov deyib
Analoji hadisənin Malidə daha əvvəl də yaşandığına diqqət çəkən Lavrov, Mali rəhbərliyinin Fransanın qoşunlarını çıxarmaq və ölkənin şimalındakı bazalarını ləğv etmək qərarının təhlükəsizliyə təhdid olduğunu xatırladaraq, Rusiyanın özəl hərbi şirkətinə müraciət etdiyini xatırladıb.
Fransanın özəl hərbi şirkətlərinin Avrasiya sahəsində fəaliyyət göstərdiyini qeyd edən Lavrov vurğylayıb ki, bizi Mərkəzi Afrika Respublikasında, Malidə, indi də Burkina Fasoda Fransanın maraqlarına zərbə vurmaqda ittiham edirlər. Bu, Avropa İttifaqının (Aİ) tətbiq etdiyi fəlsəfə və düşüncədi.
"Bu zehniyyət 2000-ci illərdə Ukrayna üçün də istifadə olunub. Ukraynaya ya Rusiyanın, ya da Qərbin şərti qoyuldu. Eyni məntiq Afrika qitəsi üçün işləyir”, - deyə o bildirib.
Fransanın Liviyaya hücumda aparıcı rol oynadığını və Liviya dövlətinin dağılmasına səbəb olduğunu dilə gətirən Lavrov Fransanın Liviyada terrorçulara dəstək verməklə Afrikada hələ də müşahidə edilən terror dövriyyəsini qızışdırfığını vurğulayıb.
“Avropalı və qərbli həmkarlarımızın xarici siyasət fəaliyyətlərində hələ də müstəmləkəçilik və “parçala, hökm sür” təfəkküründən istifadə olunması təəssüf doğurur”, - Lavrov bildirib.
Nazir Lavrov qeyd edib ki, o və Esvatini təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar