Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

İran Qərbi təhdid etdi: Nüvə müqaviləsindən çıxa bilərik!

Tarix: 22-01-2023 21:14     Baxış: 3343 A- / A+


İran Qərbi təhdid etdi: Nüvə müqaviləsindən çıxa bilərik!

Avropa Parlamentinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu kimi tanımasına qarşı Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər.

Manevr.az  "Isna" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
 
O bildirib ki, Almaniya xarici işlər naziri kimi bəzi "təcrübəsiz" avropalı diplomatlar bu prosesə rəhbərlik edir. Nazir qeyd edib ki, əgər Avropa "səhvindən dönməzsə", bütün yollar nəzərdən keçirilə bilər.
 
Qeyd edək ki, yanvarın 19-da Avropa Parlamenti İrana qarşı daha çox sanksiyaların tətbiqi, İran lideri Ayətullah Əli Xamenei və prezident İbrahim Rəisiyə qarşı sanksiyaların tətbiqi və SEPAH-ın terrorçu kimi tanınması tələblərini özündə əks etdirən məcburi olmayan qətnamə qəbul edib.
 
Onu da bildirək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 1970-ci ildə qüvvəyə minib. Hazırda 191 ölkənin iştirakçısı olduğu saziş nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə silahlarından imtina edilməsi prinsiplərini nəzərdə tutur.modern.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar