Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cibindən Türkiyə bayrağı çıxdı, başını qırxıb… - Cəfəri

Tarix: 22-01-2023 12:11     Baxış: 3255 A- / A+




Panfarsist mahiyyətli rejim bütün insan haqlarına xas olan qanunlara əməl etmədiyi kimi, uşaqların da hüquqlarını qorumur. Bu dörd ayın içində azyaşlılara qarşı törədilən amansız cinayətləri bütün dünya bildi. İranın hər yerində azyaşlı uşaqlar öldürüldü, tutuldu, cəzaya məhkum edildi.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a güneyli milli fəal Şərifə Cəfəri İranda uşaq hüquqları ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, hüququ pozulan, azadlığı əlindən alınan 18 yaşdan aşağı şəxslər arasında azərbaycanlılar da var:
“Noyabr ayında Əmir Rza Bagiri adlı 16 yaşlı təbrizli yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, “rəhbəri təhqir etmə” və “hökumətə qarşı təbliğat”da günahlandırıldı. Həmin ayda saxlanılan digər azyaşlı, 15 yaşlı Ərşiya İmamquluzadə isə din xadiminin çalmasını vurub salmaqda ittiham olunmuşdu. Ona həbsxanada çoxlu işgəncə verdilər. Çıxandan iki gün sonra yeniyetmə intihar etdi. Yəlda Ağafəzli adında Tehranda yaşayan ərdəbilli qız da həbsxanadan çıxandan iki gün sonra həyatına son qoydu. Həmçinin, oktyabr ayının 13-də Ərdəbilin “Şahid" mədrəsəsinə polislər mülki geyimdə basqın edib, şüar səsləndirən qız uşaqlarını döydülər. On qız yaralandı, xəstəxanaya apardılar. Bu hadisədə Əsra Pənahi daxili qanaxma nəticəsində həyatını itirdi. Bunlar İran rejiminin uşaqlara olan münasibətini əks etdirir. İndi isə Bəlucistanda 6-7 uşaq tutulub, hələ də onlardan xəbər yoxdur”.
Milli fəal həbsxanadan azadlığa çıxan yeniyetmələrin intihar səbəblərinə də toxunub:
“Azyaşlılara hansı işgəncə verir, nələr yedirirlər, bəlli deyil. Həyatsevər uşaqların həbsxanadan çıxandan sonra özünü öldürməsi çox şübhəlidir. Uşaqlarda bir qorxu yaratmaq istəyirlər. Öz ailəmizin nümunəsindən deyə bilərəm ki, bacı və qardaşımın 12, 13, 16 yaşlı uşaqları “Traktor” oyununu izləməyə gedərkən ciblərindən balaca bir Türkiyə bayrağı tapmışdılar. Onları aparıb, o qədər döymüşdülər ki, uşaqlar böyük stress keçirmiş və qorxmuşdular. 16 yaşı olanın isə saçlarını kəsib, həbsxanaya atmışdılar. Bacımgil pul girov qoyub, onu çıxartmışdı. Rejim uşağa-böyüyə baxmır. Heç kimə fərq qoymadan ən şiddətli cəza verir”.
Güneyli fəal Jalə Təbrizi isə uşaq hüquqlarının pozulmasında İranın beynəlxalq qanunlarla deyil, şəriət qanunları ilə idarə edilməsinin əsas rol oynadığını bildirib:
“İran Uşaq Konvensiyasına qoşulsa da, qaydalarına heç zaman əməl etməyib, hörmət göstərməyib. Ölkə beynəlxalq qanunlarla deyil, şəriət qanunları ilə idarə olunur. Bu, müasir dövrdə qəbuledilməzdir. Şəriət qanunları ilə gənc və yeniyetmə insanlarımız həbs olunur, asılır.
Şəriət qanunlarına görə, yeniyetmələrin erkən evliliyi bəlli yaşdan sonra məqbul sayılır. Son beş ildə 250 min uşaq erkən evliliyə cəlb olunub. Onların əylənmək və uşaqlıq həyatını yaşamaq hüquqları əlindən alınıb. Nə qədər qız uşaqları erkən yaşda ana olur və doğuş zamanı həyatını itirir. Bu isə cinayətdir.
Onlar təhsildən yayındırılır. Bunun əsas səbəblərdən biri də yoxsulluqdur. İran Konstitusiyasının 30-cu maddəsində təhsilin pulsuz olduğu deyilir. Lakin bu qanun icra olunmur və yoxsul ailənin övladları təhsil hüququndan məhrumdur. Kəndlərin çoxunda məktəb yoxdur. Məktəb yaşlı uşaqlar küçə alveri ilə məşğul olur, bəzən cinsi zorakılığa məruz qalır. Etnik millətlərin uşaqları da əziyyət çəkir. Onların bəzilərinin şəxsiyyət vəsiqəsi belə yoxdur. Ana dilində təhsil ala bilmirlər. Fars dilində oxumaq istəməyən uşaqlar təhsildən yayınır və savadsız böyüyürlər. Bu isə irqi ayrı-seçkilikdir. Uşaqlara qarşı qanunsuzluqdur. Onlar yaşamır. Odur ki, gənc və yeniyetmələr meydanlardadır. Öz haqlarını tələb etmək üçün mübarizə aparır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar