Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkmənistanda VPN yükləyənləri həbs edirlər

Tarix: 21-01-2023 13:13     Baxış: 3233 A- / A+
Türkmənistanda VPN yükləyənləri həbs edirlər


Türkmənistan ifadə azadlığının səviyyəsinin aşağı olmasına görə dünya ölkələri sırasında xüsusi seçilir. Orta Asiya dövlətinin adı həmişə beynəlxalq hesabatlarda pis nümunə kimi çəkilir. Ölkə vətəndaşlarının internet imkanları çox məhduddur. Bu məsələ üzərinə ciddi nəzarət var. Cəmiyyətin dünyadan təcrid edilməsi üçün məşhur saytlar bloklanıb. Türkmənistan hökuməti internet senzurasını zamanla çox sərtləşdirib.

Manevr.az xəbər verir ki, Orta Asiya ölkəsində VPN yükləyənləri həbs etməyə başlayıblar. Hökumət insanların alternativ informasiyaya çatmasını qəbuledilməz sayır.
Əvvəlcə ondan başlamaq lazımdır ki, Türkmənistanda ICQ messencerinin mobil cihazlara yüklənməsi bloklanıb. Onu quraşdırmağa çalışanda istifadəçi proqramın bölgədə mövcud olmadığı barədə xəbərdarlıq alır. ICQ messenceri Türkmənistanda xüsusilə 2022-ci ildə populyarlaşmışdı. Hökumət bunun qarşısını almaq qərarına gəlib. Keçən il ICQ messencerinə heç bir məhdudiyyət qoyulmamışdı. VPN-ə də ehtiyac duyulmurdu. Messencerin böyük bir abunəçi çevrəsi üçün məlumat dərc etməyə yol verən ictimai kanallar yaratmaq imkanı hakimiyyətin narahatlığına səbəb olub. Bundan sonra konkret addımlar atılıb.
İnsanlar yenə də çıxış yolları tapmağa çalışıb. Buna görə də xeyli abunəçi telefonuna VPN yükləyib. Hökumətin buna görə necə qəzəbləndiyini təsəvvür etmək çətin deyil. Xeyli həbs qeydə alınıb. Daha çox Balkan vilayətindən belə xəbərlər gəlir. Burada VPN serverləri quraşdıran və sonra insanlara aylıq 250-300 Türkmənistan manatına (15-20 dollara) abunə satan mütəxəssislərin saxlanması barədə məlumat verilir.
İnternet ölkəyə ayaq açandan şəbəkədə senzura tətbiq edilib və bu, getdikcə sərtləşib. İndi Türkmənistanda dünyadakı mövcud İP ünvanların yarıdan çoxunun bloklandığı bildirilir.
Bundan əvvəl ölkədə qadağan olunmuş saytların və İP ünvanların yer aldığı “qara siyahı”nın hazırlanması barədə məlumatlar verilirdi. 2022-ci ilin sentyabrın Türkmənistanın Xarici İşlər naziri Rəşid Mərədov ölkədə muxtar rəqəmsal şəbəkənini yaradılmasını təklif etmişdi.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar