Xəbər lenti
Qorbaçovun arvadı ilə bağlı GİZLİNLƏR: sən demə, nazirlər Raisaya məktub yazırlarmış...
Mən aparıcı Boris Korçevnikovun Rusiya 1 telekanalında efirə gedən "Canlı yayım" verilişinə dəvət olunmuşdum. Veriliş, inanmayacaqsınız, SSRİ-nin taleyində məşum rol oynayan, xain Qorbaçovun arvadı Raisa Maksimovna haqda idi. Bütün veriliş boyu onun ağlı, intellektindən söz açılır, az qala onu bütün xalqların və zamanların "birinci xanımı" elan edəcəkdilər. Həyasızcasına bunu təlqin edirdilər. Heç bir şübhə yox idi ki, veriliş Qorbaçov stilində lobbiləşdirilib.
Bu, Raisa Qorbaçova barədə qısa müddətdə eyni kanalda efirə gedən ikinci veriliş idi. Mən kulisdə onun müdafiəçilərinin kuluar söhbətlərinin istər-istəməz şahidi oldum: "Gərək onu, Raisanı bu gün NƏHƏNG siyasətçi elan edək, bu xalq hər şeyi udacaq, əgər biz bundan istifadə etməsək, bir müddətdən sonra onu qatil elan edəcəklər".
Manevr.az milli.az-a istinadən xəbər verir ki, bu qeydlərilə 1989-1992-ci illərdə SSRİ xalq deputatı olmuş Saji Umalatova sknews.ru portalında yazı ilə çıxış etmişdi. Yazıdakı fikirlərini qısa ixtisarla oxuculara təqdim edirik.
"Məni bu məqaləni yazmağa vadar edən məqam, bu həyasızlığın qəlbimin dərinliklərinə qədər məni hiddətləndirməsidir. Ancaq başa düşə bilmirəm: mənim bu verilişdə mövcudluğum niyə lazım idi? Dəvət etdilər, lakin həmişə olduğu kimi danışmağa imkan vermədilər. Bir şey ki, verilişin ən əzəmətli və mərhəmətli məqamı Raisanın İtaliya vətəndaşının öz anasını SSRİ-də tapmağa kömək etməsi idi. Mənim, o, heç vaxt SSRİ-nin "birinci xanımı" olmayacaq replikama onun şəxsi aşpazı təxminən belə reaksiya verdi ki, sanki biz, qadınlar, ona paxıllıq edirdik və buna görə də indiyədək ona nifrət edirik. Aşpazdan nə gözləməli idik? Satqın və xəyanətkarları vətənpərvər kimi qələmə vermək istəyirlər və hesab edirlər ki, KİV vasitəsilə manipulyasiya edərək insanların düşüncəsini dəyişdirə biləcəklər.
Veriliş boyu daim ekranda Raisa üçün ağlayan Qorbaçovu və "qüdrətli" Raisa Maksimonanın özünün rəsmini verirdilər. Raisanın bu satqın, tamahkar, xain Qorbaçova təsir imkanları geniş idi. Sən demə, o, Siyasi Büronun bütün iclaslarında iştirak edib, halbuki dövlət əhəmiyyətli heç bir postu tutmurdu, yalnız prezidentin arvadı rolunda idi və öz burnunu hər yerə soxurdu. Şahidlər danışırdılar ki, Qorbaçov yalnız onun nöqteyi-nəzərini qəbul edirdi. Qorbaçov özü iftixarla söyləyirdi ki, Raisa Maksimovna bütün dövlət işlərində iştirak edir və həmişə onun yanındadır. Buyurun, bunun çox acınacaqlı nəticəsi göz qabağındadır.
Müdafiəçilərin studiyadakı bayağı arqumenti ondan ibarət idi ki, dəfn mərasiminə gəlməklə guya xalq Raisanı "birinci xanım" qismində etiraf edir. Guya adamlar tabutun yanında ondan üzr istəyirdi! Nəyə görə? İnsanlar niyə ondan üzr istəməlidirlər? Ona görə ki, onları ölkəsiz qoyub? Və ona görə ki, bir anda 25 milyon rus hüquqlarından məhrum oldu və vətəni itirdi? Onlar danışarkən bunları hesaba almadılar.
Qorbaçovun Raisanın təsiri olmadan qərar qəbul edə bilməməsini təkcə bu faktla xarakterizə etmək olar: SSRİ-nin müdafiə naziri Yazov və SSRİ DTK-nın sədri Kryuçkov "Matros sükutu" türməsindən məktubları məhz Raisanın adına yazırdılar. Onlar xalqdan yox, hətta Qorbaçovdan da yox, məhz Raisadan üzr istəyirdilər. Onlar yaxşı bilirdilər ki, xanım necə desə, elə də olacaq. Biabırçı məktubların məzmununu açmaq istəmirəm, onlar xəcalətdən və utancdan başqa bir şey deyil.
Zaman göstərdi ki, dövlətin qarət və məhv edilməsində onun təsirinin sərhədləri yox idi. O, hətta ən etibarlı, nadir strateji silahların ləğvinə dair qərarların qəbulunda da aktiv iştirak edib. Mənimlə şəxsi söhbətində marşal Axromeyev danışırdı ki, 1987-ci ildə ABŞ dövlət katibi Şults Moskvaya səfər edəndə, Axromeyev və Dobrınin SS-23 raketlərinin azaldılmasının qəti əleyhinə olan memorandum imzalamışdılar. Qorbaçov da memorandumu bəyənmişdi. Lakin növbəti gün Qorbaçov hamı üçün gözlənilməz şəkildə Şultsun SS-23 raketlərinin ləğvi təklifi ilə razılaşdı. Əvəzində Qorbaçov heç nə tələb etməyib. Axromeyevin "Bu qərar nədən irəli gəlir?" sualına, Qorbaçov çəkinmədən belə cavab vermişdi: "Mən sadəcə unutdum, görünür, mən səhv etdim", - deyib. "Əgər xalq bilsə ki, biz necə səhv etdik, o zaman bizi bağışlamayacaq", - deyə Axromeyev davam edir, lakin Qorbaçov susur. Mənim Axromeyevə "siz böyük qüvvə idiz, Qorbaçov və Raisa isə tək idi, yəni onlara qalib gəlmək olmazdı?" sualıma Marşal cavab vermədi, başını aşağı salıb dinməzcə getdi. Söhbət SSRİ Ali Sovetinin iclas zalında olub.
Siyasi icmalçı Şved memuarlarında yazır ki, Raisa Maksimovna ilə ABŞ prezidentinin arvadı Nensi Reyqan arasında söhbət oldu. Söhbətin məğzi bu idi ki, əgər SS-23 raketlərinin ləğvi də sazişə əlavə olunarsa, o zaman əri Reyqan Qorbaçovun Nobel Sülh mükafatı almasını təmin edəcək. Raisa üçün isə qiyməti 1 milyon 700 min ABŞ dolları dəyərində brilyant boyunbağı nəzərdə tutulmuşdu. Baxın beləcə, Raisa gecəynən vətənini satmağa hazır olan, tamahkar Qorbaçovun fikrini rahat dəyişə bilmişdi. Sonralar, hər şey belə də oldu. Qorbaçov Nobel mükafatı laureatı oldu.
Çox sayda belə fakt sadalamaq olar. Və bugün onu xalqa "ağ qaşıq" kimi sırımağa çalışmaları son dərəcə əxlaqsız və anormaldır. Ən dəhşətlisi isə odur ki, Qorbaçov yalançı və saxtakarlıqla hakimiyyətə gəldi. SSRİ xalq deputatlarının qurultayında o, prezident seçilərkən 50+1 səs yığa bilməyib. Nə vaxt ki, Qurultayın iclas zalına hesablayıcı komissiyanın üzvləri qayıtdılar, biz onlardan soruşduq: "Nəticələr nə oldu?" Dedilər: "Nəticələr pisdir - 47 %... Lakin akademik Osipyan (hesablama komissiyasının sədri), komissiyanın üzvlərinə səsvermənin protokolunu imzalamaq üçün tapşırıq verdi. Biz etiraz əlaməti olaraq, bu cinayətdə iştirak etməmək üçün komissiyanı tərk etdik. Bu şirin cütlük düşmənlərin əla tapıntısı və SSRİ-nin tarixində çox böyük bir ləkədir", - deyə Saji Umalatova məqalənin sonunda qeyd edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar