Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Krım uğrunda savaş başlayır: Nüvə silahları işə salınır, iki böyük güc qarşı-qarşıya

Tarix: 19-01-2023 12:48     Baxış: 4256 A- / A+

"ABŞ Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyindən ehtiyat edərək, Ukraynanı dəstəkləməkdən narahat olmağı dayandırmalıdır".
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Corc Buş İnstitutunun icraçı direktoru Devid Kramer məlumat verib.
“Ekskalasiya ilə bağlı narahatlıqlar, o cümlədən Putinin taktiki nüvə silahından istifadəyə göstəriş verməsi bizi Krıma hücum etmək üçün Ukraynaya yardım göstərməkdən çəkindirməməlidir", - David Kramer deyib.
O vurğulayıb ki, Ukraynanın hazırda silah şəklində dəstəyə ehtiyacı var, bura tanklar, vertolyotlar, hava hücumundan müdafiə, pilotsuz təyyarələr və s. daxildir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərbi nüvə sahəsində maksimum təmkinli olmağa çağırır. Həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev izah edib ki, Rusiya nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi edəcək.
Bundan əvvəl isə “The Washington Post” qəzeti Kiyevdə nüvə müharibəsinə hazırlığın başlandığını yazmışdı. Rusiya prezidenti Vladimir Putin özü bildirib ki, dünyada nüvə müharibəsi təhlükəsi artır. Lakin o vurğulayıb ki, Rusiya bundan yalnız cavab zərbəsi üçün fürsət, müdafiə kimi istifadə edəcək. Həmçinin Amerikanın “The National Interest” jurnalının müəllifləri vurğulayıblar ki, Qərbi məğlub etmək üçün Putinə nüvə silahı lazım deyil, bunun üçün onun başqa alətləri var.

“The New York Times” qəzeti də yazır ki, Birləşmiş Ştatlar Ukraynaya Krımı hədəf almağa və yarımadaya zərbə endirməyə kömək etməyə hazırdır, hətta belə bir addım eskalasiya riskini artırsa belə.
"İndi Bayden administrasiyası ən cəsarətli addımlarından birini düşünür, Ukraynaya yarımadaya hücum etməyə kömək edir" - nəşr yazıb.
Vurğulanıb ki, Vaşinqton bu cür hərəkətlərin Ukraynada münaqişənin gərginləşməsinə səbəb ola biləcəyinə baxmayaraq, belə bir addım atmağa hazırdır.
Bundan əvvəl Vaşinqtonun Ukrayna prezidenti Vladimir Zelenskiyə Krıma zərbə endirməsinə icazə verdiyi bildirilirdi. Bunu “The Wall Street Journal”a müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. 2022-ci il dekabrın əvvəlində Ukrayna lideri LCI-yə verdiyi müsahibədə ukraynalıların Krımı geri qaytarmaqda israrlı olduqlarını söyləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar