Xəbər lenti
ABŞ-ın Ukraynaya tank vədi şərtidir? - İddia
ABŞ-ın Ukraynaya Abrams tipli döyüş tankları tədarük edəcəyi təqdirdə, Almaniya kansleri Olaf Şolzun Leopard tankları göndərə biləcəyi iddia edilib.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, "Süddeutsche Zeitung" qəzetinin yazdığına görə, çərşənbə axşamı telefon danışığı zamanı Olaf Şolz ABŞ prezidenti Co Baydenə bildirib ki, ABŞ Ukraynaya Abrams tipli döyüş tankları tədarük edəcəyi təqdirdə Ukraynaya Loepard tankları göndərə bilərlər.
Xəbərdə Şolzun görüşdə bu şərti dilə gətirməsinə baxmayaraq, Baydenin bununla bağlı heç bir öhdəlik götürmədiyi vurğulanıb.
Cümə günü Almaniyada ABŞ-a məxsus Rammstein aviabazasında keçiriləcək Ukrayna Təmas Qrupu Toplantısına qədər hər hansı addımın atılıb-atılmayacağının aydın olmadığı qeyd edilib.
Krauss-Maffei Wegmann şirkəti indiyədək 3600-ə yaxın Leopard-2 döyüş tankı istehsal edib və bir çox ölkələrə çatdırıb.
Alman ordusunda 300-ə yaxın Leopard tankının olduğu bildirilir.
Bir ölkənin öz inventarında olan Leopard tankını başqa bir ölkəyə ixrac etməsi üçün Almaniyanın icazəsi lazımdır.
Təxminən 2 həftə əvvəl Almaniya Ukraynaya 40 Marder zirehli döyüş maşını verəcəyini açıqlamışdı.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar