Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa Şurasının baş katibi Navalnını azad etməyə çağırıb

Tarix: 18-01-2023 14:32     Baxış: 3289 A- / A+

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Rusiya hakimiyyətini Aleksey Navalnını gecikdirmədən azad etməyə çağırıb. 
Manevr.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin  Rusiyada müxalifətçinin həbsinin ikinci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.

Mariya Pejcinovic-Buric xüsusilə, xatırladıb ki, Avropa İnsan Haqları Məhkəməsi Aleksey Navalnının azadlığa buraxılması barədə qərar çıxarıb, lakin müxalifətçi hələ də “ağır şəraitdə” həbsdədir. Avropa Şurasının baş katibi Navalnının həbsdə olarkən pis rəftara məruz qalması ilə bağlı xəbərlərdən narahatlığını bildirib. “Rusiya hakimiyyətini onun dərhal bütün lazımi tibbi yardımla təmin olunmasını təmin etməyə çağırıram”, – Peyçinoviç-Buriç bildirib.

Aleksey Navalnı Vladimir vilayətinin Melehovo şəhərindəki 6 saylı koloniyadadır. Ötən ilin iyun ayından İK-6-da saxlandığı müddətdə o, artıq on dəfə cəzaçəkmə kamerasına salınıb. Yanvarın əvvəlində vəkil Vadim Kobzev siyasətçinin səhhətinin pisləşdiyini bildirib

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar