Xəbər lenti
Başqırdıstanda Putinə qarşı etirazlar başlayıb
Müharibə Rusiya əhalisini sürətlə yoxsullaşdırır. Sosial vəziyyət çox pisləşib. Zamanla ölkənin müxtəlif yerlərindən etiraz səsləri eşidilir. Başqırdıstanda da Kreml rəhbəri Vladimir Putinə etiraz etməyə başlayıblar.
Manevr.az xəbər verir ki, Rusiyanın ərazisi sayılan respublikadan yayılmış videoda dövlət rəhbərinə müraciət olunub. Burada 10-15 nəfər gözə dəyir. Videoda Putinin ünvanına yetərincə sərt ifadələr işlədilib.Çıxış edən Başqırdıstan sakini deyir ki, yoxsulluq hamını əldən salıb. Onların haqları hər yerdə pozulur.
“Biz Başqırdıstan sakinləri qiymətli Vladimir Vladimiroviç Putinə müraciət edirik. Niyə qiymətli? Çünki xalqa çox baha başa gəlirsiniz. Çox ümid edirik ki, sözlərimiz sizə çatacaq. Bizim torpaqlarda nə qədər özbaşınalıq olar? Zəhmət olmasa, deyin görüm, təqaüdçü 8-9 min rubla necə yaşasın? Siz orada əyləşib öz başınızla heç bu barədə düşünmüsünüz? Qiymətlər 50-60 faiz yüksəlib. Biz yaşamırıq, həyatda qalmağa çalışırıq. Siz ölkədə totalitar rejim formalaşdırmısınız. Faşist Almaniyasından heç bir fərqi yoxdur. Başqa cür adlandırmaq da olmaz. Yalnız hakimiyyətinizi gücləndirmək haqqında düşünürsünüz. Ona görə də təkcə Daxili İşlər Nazirliyinin əməkdaşlarının təminatı haqqında fikirləşirsiniz. Onlara sosial müdafiə söz verirsiniz. Onlar da əvəzində insanları öldürməyə hazırdırlar. Dövlətin özülü xalqdır. Xalq özü qərar verməlidir ki, necə yaşasın. Xalqsız nə edəcəksiniz?! Bizi tamamilə məhv etmək istəyirsiniz? Onda burada kimlə yaşayacaqsınız? Siz hamınız orada xalqın hesabına yağ-bal içində yaşayırsınız. Federal qanunlarla özünüzü bütün cəzalardan uzaq tutmağa çalışırsınız. Bəsdir özbaşınalıq etdiniz!”
Başqırdıstan sakini Rusiyada müxalifət partiyası kimi təqdim olunan siyasi qurumların əslində totalitar rejimə xidmət etdiyini bildirib. Çıxış edən şəxs Putinin ətrafındakı məmurların özünü ağa kimi apardığını dilə gətirib.
“Bizə qul kimi yanaşırlar. Amma biz qul deyilik. Vladimir Vladimiroviç, məhz siz ölkədə baş verənlərə görə cavabdehsiniz. Xalqı inqilaba sürükləyirsiniz. Nə etdiyiniz barədə düşünün. Xalqın səbri tükənir. Bizə qan lazım deyil. Biz yaşamaq istəyirik. İstəyirik ki, normal işimiz olsun. Hanı söz verdiyiniz 25 milyon iş yeri? Niyə təqaüd yaşını artırmamaqla bağlı vədinizə əməl etmədiniz? Ağzınızdan yalnız yalan çıxır. Bəsdir ölkəni taladınız. Gəlin bizi də tutun. Xalq artıq qırılır”.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar